FİFA-nın Konfransı koronavirusa görə ləğv olundu

FİFA-nın Konfransı koronavirusa görə ləğv olundu Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) iyunun 5-də Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilməsi planlaşdırılan Konfransı koronavirusa görə təxirə salınıb.
Futbol
11 Mart , 2020 19:40
FİFA-nın Konfransı koronavirusa görə ləğv olundu

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) iyunun 5-də Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilməsi planlaşdırılan Konfransı koronavirusa görə təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. 

Konfransın sentyabrın 18-də baş tutacağı bildirilib.

Daha əvvəl ali futbol qurumunun 20 martda İsveçrənin Sürix şəhərində nəzərdə tutulan Konfransı da eyni səbəbdən ləğv olunub. Həmin tədbirin yeni tarixi hələ açıqlanmayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 121 757-yə çatıb. Bunların 66 988 nəfəri sağalıb, 4 389 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi