​Kriştianu Ronaldu üçüncü dəfə "Qızıl top"un sahibi olub

​Kriştianu Ronaldu üçüncü dəfə "Qızıl top"un sahibi olub Təqdimetmə mərasimi FİFA-nin Sürixdə keçirilən tədbirində baş tutub
Futbol
144
12 Yanvar , 2015 23:24
​Kriştianu Ronaldu üçüncü dəfə Qızıl topun sahibi olub

Bakı. 12 yanvar. REPORT.AZ/ Portuqaliya millisi və Madridin "Real" klubunun futbolçusu Kriştianu Ronaldu 2014-cü ilin ən yaxşı futbolçusu adına layiq görülüb və karyerasında üçüncü dəfə "Qızıl top" mükafatına sahib çıxıb.

"Report" xəbər verir ki, təqdimetmə mərasimi Beynəlxalq Futbol Federasiyasının (FİFA) Sürixdə keçirilən tədbirində baş tutub.

O, bunadək 2008 və 2013-cü illərdə sözügedən mükafata layiq görülüb.

Bu ada eyni zamanda Münhenin "Bavariya" klubunun qapıçısı Manuel Noyer və "Barselona"nın hücumçsu Lionel Messi idda edirdi.

Futbolçu 2014-cü ildə "Real"ın heyətində Çempionlar Liqası, UEFA Super Kuboku, Dünya Klub Çempionatı və İspaniya Kubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi