FİFA İngiltərə millisinin futbolçusuna qarşı intizam işi açıb - VİDEO

FİFA İngiltərə millisinin futbolçusuna qarşı intizam işi açıb - VİDEO Səbəb 21 yaşlı yarımmüdafiəçinin Slovakiya ilə matç zamanı baş hakimə orta barmağını göstərməsidir
Futbol
8 Sentyabr , 2017 14:24
FİFA İngiltərə millisinin futbolçusuna qarşı intizam işi açıb - VİDEO
AFP/SID/Adrian Dennis

Bakı. 8 sentyabr. REPORT.AZ/ FİFA İngiltərə millisinin futbolçusu Dele Alliyə qarşı intizam işi açıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, buna səbəb 21 yaşlı yarımmüdafiəçinin Slovakiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçı zamanı baş hakimə orta barmağını göstərməsidir.

Hərçənd, Alli oyundan sonra xoşagəlməz jesti referi Kleman Turpenə qarşı deyil, komanda yoldaşı Kayl Uokerə qarşı etdiyini açıqlayıb.

Qeyd edək ki, matç İngiltərənin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Son xəbərlər

Orphus sistemi