FİFA dünyanın ən gözəl qolu adına namizədləri açıqlayıb - SİYAHI

FİFA dünyanın ən gözəl qolu adına namizədləri açıqlayıb - SİYAHI Ferents Puşkaş mükafatının sahibi 2 aya açıqlanacaq
Futbol
13 Noyabr , 2014 10:40
FİFA dünyanın ən gözəl qolu adına namizədləri açıqlayıb - SİYAHI

Bakı. 13 noyabr. REPORT.AZ/ FİFA 2014-cü ilin ən gözəl qoluna namizədlərin siyahısını açıqlayıb. "Report"un FİFA-nın saytına istinadən verdiyi məlumata görə, ali futbol qurumu əfsanəvi macarıstanlı hücumçu, İspaniyanın “Real Madrid” klubunda çıxış etmiş Ferents Puşkaşın adını daşıyan mükafatın sahibi olmağa 10 qolu namizəd göstərib.

Onları arasında ötən ilin ən yaxşı qolunun müəllifi olan İsveç millisinin və Fransa PSJ-sinin futbolçusu Zlatan İbrahimoviç də yer alıb.

2014-cü ilin qalibini müəyyənləşdirmək üçün FİFA və "France Football" dərgisinin rəsmi internet səhifəsindən aparılan səsvermə dekabrın 1-dək davam edəcək. Bundan sonra namizədlərin sayı 3-ə enəcək. Ən gözəl qolun sahibi 2015-ci il yanvarın 12-də bilinəcək.

Namizədlərin siyahısı:

1. Tim Keyhill. 18 iyun 2014. Avstraliya - Hollandiya. Dünya çempionatı.

2. Dieqo Kosta. 23 noyabr 2013. "Atletiko" - "Xetafe". İspaniya çempionatı

3. Marko Fabian. 15 fevral 2014. "Krus Asul" - "Puebla". Meksika çempionatı

4. Zlatan İbrahimoviç. 19 oktyabr 2013. PSJ - "Bastiya". Fransa çempionatı

5. Paytim Kasami. 21 oktyabr 2013. "Kristal Pelas" - "Fulhem". İngiltərə çempionatı

6. Stefani Roş. 20 oktyabr 2013. “Pimaunt Yunayted" - "Ueksford Yos". İrlandiya çempionatı

7. Xames Rodriges. 28 iyun 2014. Kolumbiya - Uruqvay. Dünya çempionatı

8. Kamilo Sanvesso. 6 oktyabr 2013. "Vankuver Vaytkaps" - "Portlend Timbers". ABŞ MLS Liqası

9. Xisato Sato. 8 mart 2014. "Sanfreççe Xirosima" - "Kavasaki Frontale". Yaponiya çempionatı

10. Robin van Persi. 13 iyun 2014. İspaniya - Hollandiya. Dünya çempionatı.

Qeyd edək ki, 2009-cu ildən təsis olunan Puşkaş mükafatını ilk dəfə "Real Madrid"in ulduzu Kristianu Ronaldo qazanıb. Daha sonra bu mükafatı Hamit Altıntop (2010), Neymar (2011), Miroslav Stox (2012) və Zlatan İbrahimoviç (2013) əldə edib. 

Son xəbərlər

Orphus sistemi