​FİFA paytaxtın “Neftçi” klubunun xeyrinə qərar çıxarıb

​FİFA paytaxtın “Neftçi” klubunun xeyrinə qərar çıxarıb Ali futbol qurumu Rusiyanın “Spartak” klubunun iddiasını rədd edib
Futbol
14 Oktyabr , 2015 00:40
​FİFA paytaxtın “Neftçi” klubunun xeyrinə qərar çıxarıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ FİFA Bakının “Neftçi” klubunun xeyrinə qərar çıxarıb.

"Report" xəbər verir ki, ötən il dekabrın 26-da Rusiyanın “Spartak” klubu “Neftçi”yə məktub ünvanlayaraq futbolçu Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirərək futbolçunun Bakı təmsilçisi ilə ilk peşəkar müqavilə bağlamasına görə 42,541 avro məbləğində təzminat tələb edib.

Bu il fevralın 19-da Moskva klubu FİFA qarşısında tələb olunan təzminatın “Neftçi” klubu tərəfindən ödənməsi tələbi ilə vəsatət qaldırıb.

Uzun müddət davam edən prosesə “Neftçi” klubu tərəfindən təcrübəli vəkil cəlb olunub və “Spartak” klubunun FİFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanıb.

Oktyabrın 13-də FİFA tərəfindən “Neftçi” klubuna daxil olmuş məktubda ali futbol qurumunun Mübahisəli məsələlərin həlli şurası proseslə bağlı “Neftçi” klubunun haqlı olduğunu və “Spartak”ın iddiasının rədd edildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi