"Feyenoord"un futbolçusu ilə bağlı qərarı Robert Prosineçki verəcək

"Feyenoord"un futbolçusu ilə bağlı qərarı Robert Prosineçki verəcək Xorvatiyalı mütəxəssis 18 yaşlı futbolçunun oyununu izləmək üçün Türkiyəyə səfər edəcək
Futbol
10 Yanvar , 2017 18:06
Feyenoordun futbolçusu ilə bağlı qərarı Robert Prosineçki verəcək

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanın U-21 yığmasının düşərgəsinə qoşulan Hollandiyanın "Feyenoord" klubunun futbolçusu Ozan Kökcü ilə bağlı qərarı əsas millinin baş məşqçisi Robert Prosineçki verəcək. 

"Report"un "Milliyyət"ə istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis 18 yaşlı futbolçunun oyununu izləmək üçün yanvarın 13-də Türkiyəyə səfər edəcək.

Türkiyə və Rusiya vətəndaşlığına sahib futbolçunun taleyinə yoxlama görüşlərindən sonra aydınlıq gələcək.

Qeyd edək ki, U-21 yığması yanvarın 12-də Almaniyanın "Rot Vays Erfurt", yanvarın 14-də isə Qazaxıstanın “Okjetpes” komandası ilə qarşılaşacaq. Oyunlar müvafiq olaraq Bakı vaxtı ilə saat 16:00 və 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi