Fernandu Santuş: "Ronaldunun problemi olsaydı, ona icazə verərdim"

Fernandu Santuş: "Ronaldunun problemi olsaydı, ona icazə verərdim" "Qarşıdakı oyunların çətinliyi bizdən asılı olacaq. Futbolçular klublardakı iki aylıq fasilədən sonra uyğunlaşa bilməyiblərsə, bu milli üçün daha pisdir. İrlandiya yığmasının xalı yoxdur, amma Serbiyada möhtəşəm oyun göstərdilər".
Futbol
26 Avqust , 2021 15:23
Fernandu Santuş: Ronaldunun problemi olsaydı, ona icazə verərdim
Fernandu Santuş

"Qarşıdakı oyunların çətinliyi bizdən asılı olacaq. Futbolçular klublardakı iki aylıq fasilədən sonra uyğunlaşa bilməyiblərsə, bu, milli üçün daha pisdir".

"Report"un məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş İrlandiya və Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunlarından əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis İtaliyanın "Yuventus" klubunda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldunun durumu haqqında danışıb: "Onun zədəli olub-olmadığını bilmirəm. Mən bunu yalnız xəbərlərdə görmüşəm. Əminəm ki, sağlamdır. Çünki millinin həkimləri bizə heç nə bildirməyib. Əgər hər hansı problemi olsaydı, ona icazə verərdim".

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Portuqaliya görüşü saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi