Fernandu Santuş: "Qalib gələ bilmədiyimiz üçün məyusuq"

Fernandu Santuş: "Qalib gələ bilmədiyimiz üçün məyusuq" Qalib gələ bilmədiyimiz üçün məyusuq.
Futbol
16 Noyabr , 2024 20:35
Fernandu Santuş: Qalib gələ bilmədiyimiz üçün məyusuq

Qalib gələ bilmədiyimiz üçün məyusuq.

"Report"un Qəbələyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının V turunda Estoniya ilə keçirilən matçdan sonra mətbuat konfransında bildirib.

Təcrübəli mütəxəssis qələbə qazanmaq üçün əllərindən gələni etdiklərini bildirib:

"Rəqib komandanın qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə bərabər səviyyədə keçdi. Demək olar ki, hər iki komanda təhlükəli qol epizodları yarada bilirdi. 20 dəqiqədən sonra isə futbolçularım ancaq hücum futbolu nümayiş etdirdilər. Əlimizdən gələni etsək də, qalib gələ bilmədik. Futbolda bu cür nəticələr olur. Futbolçularımız bu oyuna xüsusi yanaşırdılar. Qalib gələ bilmədiyimiz üçün məyusuq. Rəqib komanda çox yaxşı müdafiə olunurdu".

Qeyd edək ki, Azərbaycan yığması C Liqasının I qrupunun oyununda Qəbələdə Estoniya ilə qolsuz bərabərə qalıb.

Son xəbərlər

Orphus sistemi