Fernandu Santuş: "Pepe və Palinya Azərbaycanla oyunadək bərpa olunacaq"

Fernandu Santuş: "Pepe və Palinya Azərbaycanla oyunadək bərpa olunacaq" "Juan Palinya və Pepe Qətərlə matçda iştirak etməyəcək".
Futbol
250
4 Sentyabr , 2021 11:35
Fernandu Santuş: Pepe və Palinya Azərbaycanla oyunadək bərpa olunacaq
Fernandu Santuş

"Juan Palinya və Pepe Qətərlə matçda iştirak etməyəcək".

"Report" xəbər verir ki, bu fikirləri futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Qətərlə Macarıstanda keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis İrlaniyanı 2:1 hesabı ilə məğlub etdiklər 2022-ci il dünya çempionatının seçmə oyununda xəsarət alan hər iki oyunçunun zədəsinin ciddi olmadığını bildirib: "Həkimlər heyəti onların 2-3 günə tam hazır olacağını söyləyib. Hər ikisi Azərbaycanla matçadək bərpa olunacaq".

Qeyd edək ki, bu gün keçiriləcək Qətər - Portuqaliya qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya oyunu saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi