Fernando Torres "Atletiko"ya baş məşqçi təyin olundu

Fernando Torres "Atletiko"ya baş məşqçi təyin olundu Fernando Torres İspaniya "Atletiko"sunun gənclərdən ibarət komandasına baş məşqçi təyin olunub.
Futbol
26 İyul , 2021 02:41
Fernando Torres Atletikoya baş məşqçi təyin olundu

Fernando Torres İspaniya "Atletiko"sunun gənclərdən ibarət komandasına baş məşqçi təyin olunub.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, ötənlərin məşhur futbolçusu ilə 2021/2022 mövsümünün sonunadək müqavilə bağlanılıb.

Qeyd edək ki, Fernando Torres 11 yaşında ikən "Atletiko" akademiyasına qoşulub. 2001-ci ildə isə o, əsas komandada debüt edib. 2007-ci ildən müxtəlif klublarda çıxış etmiş sabiq hücumçu 2016-cı ildə Madrid komandasına qayıdıb və 2019-cu ildə karyerasını bitirib.

"Atletiko"da 404 oyuna 129 qol vuran Torres 2017/2018 mövsümündə Avropa Liqasının qalibi olub. İspaniya yığmasında isə o, dünya (2010) və ikiqat Avropa çempionluğu (2008, 2012) qazanıb.

Son xəbərlər

Orphus sistemi