Torres "Atletiko"nun məşqçi postunu tərk etdi

Torres "Atletiko"nun məşqçi postunu tərk etdi İspaniya millisinin sabiq futbolçusu Fernando Torres "Atletiko"nun ikinci komandasının məşqçisi vəzifəsindən ayrılıb.
Futbol
14 Fevral , 2021 22:13
Torres Atletikonun məşqçi postunu tərk etdi

İspaniya millisinin sabiq futbolçusu Fernando Torres "Atletiko"nun ikinci komandasının məşqçisi vəzifəsindən ayrılıb.

"Report"un AS nəşrinə istinadən məlumatına görə, 36 yaşlı keçmiş hücumçu postundan məcburən ayrılmalı olub. Bu, klub rəhbərliyi ilə fikir ayrılığından yox, şəxsi səbəblərdən baş verib.

Qeyd edək ki, Fernando Torres məşqçi işinə yanvarın ortalarında başlayıb. O, futbolçulara məsləhət və fikirləri ilə yardımçı olub.

Son xəbərlər

Orphus sistemi