Fərid Qayıbov "Qarabağ"ın oyunu ilə əlaqədar Respublika stadionunda olub

Fərid Qayıbov "Qarabağ"ın oyunu ilə əlaqədar Respublika stadionunda olub Gənclər və İdman Naziri Fərid Qayıbov Tofiq Bəhramov adına Respublika stadionunu ziyarət edib.
Futbol
30 İyun , 2022 16:48
Fərid Qayıbov Qarabağın oyunu ilə əlaqədar Respublika stadionunda olub

Gənclər və idman naziri Fərid Qayıbov Tofiq Bəhramov adına Respublika stadionunu ziyarət edib.

"Report"un "Qarabağ"ın rəsmi saytına istinadən məlumatına görə, nazir "köhlən atlar"ın Bakıda Polşa "Lex"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa hazırlıq işləri ilə tanış olub və öz tövsiyələrini verib.

Ağdam klubunun vitse-prezidenti Fevzihan Araz F.Qayıbova, zaman ayırıb işlərlə tanış olduğu üçün təşəkkür edib.

Qeyd edək ki, “Qarabağ”ın “Lex"lə ilk oyunu iyulun 5-də səfərdə, cavab görüşü isə bir həftə sonra evdə olacaq.

Son xəbərlər

Orphus sistemi