"Ferentsvaroş"un prezidenti: "Güclü komandaya uduzduq"

"Ferentsvaroş"un prezidenti: "Güclü komandaya uduzduq" Macarıstanın "Ferentsvaroş" klubunun prezidenti Qabor Kubatov evdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.
Futbol
10 Avqust , 2022 00:16
Ferentsvaroşun prezidenti: Güclü komandaya uduzduq

Macarıstanın "Ferentsvaroş" klubunun prezidenti Qabor Kubatov evdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, şəxsi feysbuk səhifəsində post paylaşan funksioner "köhlən atlar"ın Budapeşt təmsilçisindən güclü olduğunu etiraf edib.

"Bu gün bizdən daha yaxşı komandaya uduzduq. Gələn həftə inkişaf etməyə çalışacağıq. Həmişə mübarizə apar, heç vaxt təslim olma!", deyə Kubatov sosial şəbəkə hesabında yazıb.

Son xəbərlər

Orphus sistemi