"Fənərbağça" yeni hücumçu ilə müqavilə imzaladı

"Fənərbağça" yeni hücumçu ilə müqavilə imzaladı Türkiyənin "Fənərbağça" klubu yeni transferini açıqlayıb.
Futbol
25 Sentyabr , 2020 11:21
Fənərbağça yeni hücumçu ilə müqavilə imzaladı
Mbvana Samatta

Türkiyənin "Fənərbağça" klubu yeni transferini açıqlayıb. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə "Aston Villa"sından Mbvana Samattanı heyətinə qatıb. 

"Sarı-göylər" 27 yaşlı tanzaniyalı hücumçu ilə 4 illik müqavilə imzalayıb. Bu keçid qarşılığında "Aston Villa"ya 6 milyon avro ödəniləcək. 

Samatta 2021-ci ilin yayınadək icarə əsasında "Fənərbağça"da oynayacaq, daha sonra kluba transferi rəsmiləşəcək. 

Qeyd edək ki, Mbvana Samatta "Aston Villa"ya bu ilin əvvəlində keçmişdi. 

Son xəbərlər

Orphus sistemi