"Fənərbağça" Türkiyə millisinin futbolçusu ilə anlaşıb

"Fənərbağça" Türkiyə millisinin futbolçusu ilə anlaşıb "Fənərbağça" Türkiyə millisinin və "Karagümrük"ün futbolçusu Emre Morla anlaşıb.
Futbol
29 İyun , 2022 10:13
Fənərbağça Türkiyə millisinin futbolçusu ilə anlaşıb

"Fənərbağça" Türkiyə millisinin və "Karagümrük"ün futbolçusu Emre Morla anlaşıb.

"Report" məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə yanaşı, klubu ilə də razılıq əldə olunub.

Tərəflər arasında 3 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Emre Mor daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), İspaniyanın "Selta", Türkiyənin "Qalatasaray" və Yunanıstanın "Olimpiakos" klublarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi