"Qalatasaray" - "Fənərbağça" matçında qalib müəyyənləşmədi

"Qalatasaray" - "Fənərbağça" matçında qalib müəyyənləşmədi Türkiyə Super Liqasında III turun mərkəzi görüşü "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçirilib.
Futbol
27 Sentyabr , 2020 21:56
Qalatasaray - Fənərbağça matçında qalib müəyyənləşmədi

Türkiyə Super Liqasında III turun mərkəzi görüşü "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçirilib. 

"Report"un məlumatına görə, "Türk Telekom Arena"da təşkil olunmuş matç qolsuz yekunlaşıb. 

Koronavirus pandemiyası ilə əlaqədar azarkeşsiz oynanılmış qarşılaşmada tribunaya Azərbaycana dəstək məqsədilə Türkiyə Futbol Federasiyasının hazırladığı pankartlar asılıb. Ermənistanın Azərbaycana təcavüzünə qarşı hazırlanmış pankartlarda Türkiyə və Azərbaycan bayraqları yer alıb. Plakatlarda "Bir millət, iki dövlət, qardaşlarımızın yanındayıq" yazılıb. 

Qeyd edək ki, bu nəticədən sonra xalını 7-yə çatdıran "Qalatasaray" 3-cü, "Fənərbağça" isə 5 xalla 7-ci yerdə gedir. 

Son xəbərlər

Orphus sistemi