​"Fənərbağça" portuqaliyalı futbolçu ilə yollarını ayırıb

​"Fənərbağça" portuqaliyalı futbolçu ilə yollarını ayırıb Naninin keçidi üçün 8.5 milyon avro ödənilib
Futbol
5 İyul , 2016 17:57
​Fənərbağça portuqaliyalı futbolçu ilə yollarını ayırıb

Bakı. 5 iyul. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubu futbolçusu Luis Nani ilə yollarını ayırıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı yarımmüdafiəçi bundan sonra İspaniyanın "Valensiya" klubunda çıxış edəcək.

"Valensiya" 29 yaşlı futbolçunun keçidi üçün 8.5 milyon avro ödəyib və Naninin transfer hüququna sahib olub.

Qeyd edək ki, Portuqaliyanın "Sportinq" klubunda çıxış edən Nani ötən ilin yay transfer pəncərəsində "Mançester Yunayted"dən transfer olunub.

Son xəbərlər

Orphus sistemi