"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşib

"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşib Bakı. 22 iyun. REPORT.AZ/ Türkiyənin Fənərbağça futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Futbol
1364
22 İyun , 2018 14:08
Fənərbağçanın yeni baş məşqçisi müəyyənləşib

Bakı. 22 iyun. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. 

"Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisinə Filip Koku rəhbərlik edəcək. "Sarı-lacivərdlilər" 48 yaşlı mütəxəssislə 3 illik razılıq əldə edib. Hollandiyalı baş məşqçinin son iş yeri PSV olub. Artıq Eyndhoven klubu Koku ilə yollarını ayırdığını rəsmi "twitter" hesabı vasitəsilə bəyan edib və ona türk dilində uğurlar arzulayıb. Kokunun yerinə isə Mark van Bommel gətirilib. 

Qeyd edək ki, Filip Koku 2013-cü ildən PSV-nin baş məşqçisi olub. O, 5 mövsüm ərzində 3 dəfə Hollandiya çempionluğunu qazanıb. 

Son xəbərlər

Orphus sistemi