"Fənərbağça"nın keçmiş yarımmüdafiəçisi İtaliya klubuna keçib

Futbol
  • 03 fevral, 2022
  • 01:28
Fənərbağçanın keçmiş yarımmüdafiəçisi İtaliya klubuna keçib

Argentinalı yarımmüdafiəçi Dieqo Perotti İtaliyanın “Salernitana” klubuna keçib.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçu komandaya azad agent kimi qoşulub. 33 yaşlı argentinalının müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub. Bu mövsüm Perotti peşəkar səviyyədə çıxış etməyib.

Qeyd edək ki, D.Perottinin sonuncu klubu Türkiyənin “Fənərbağça” olub.