Türkiyə "Fənərbağça"sı heyətini yeni futbolçu ilə gücləndirib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasından Ezcan Alioskini icarəyə götürüb.
"Sarı-lacivərdlilər" Şimali Makedoniya millisinin 30 yaşlı sol cinah oyunçusu üçün qarşı icarə haqqı ödəməyib. Təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Ezcan Alioski karyerası ərzində İsveçrənin "Yanq Boyz", "Luqano" və İngiltərənin "Lids Yunayted" klublarında da çıxış edib.