“Fənərbağça” futbolçusunu Yunanıstan klubuna satıb

“Fənərbağça” futbolçusunu Yunanıstan klubuna satıb Emmanuel Emenike karyerasını “Olimpiakos”da davam etdirəcək
Futbol
4 İyul , 2017 16:38
“Fənərbağça” futbolçusunu Yunanıstan klubuna satıb

Bakı. 4 iyul. REPORT.AZ/ Türkiyənin “Fənərbağça” klubunun futbolçusu Emmanuel Emenike karyerasını Yunanıstanda davam etdirəcək. “Report”un pulsen.ng saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı nigeriyalı hücumçu “Olimpiakos”la anlaşıb.

Bu gün Yunanıstana yollanan E.Emenike tibbi baxışdan keçdikdən sonra müqaviləyə imza atacaq. Sözləşmənin detalları barədə məlumat verilməsə də, “Olimpiakos”un onun transferi üçün “Fənərbağça”ya 2 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, son mövsümdə icarə əsasında İngiltərənin “Vest Hem” klubunda keçirmiş Emmanuel Emenike Moskva “Spartak”ının da şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi