"Fənərbağça" Erol Bulutu qovdu, Yoahim Lövü gətirir
Futbol
- 25 mart, 2021
- 16:30
Türkiyənin "Fənərbağça" klubu Erol Bulutu baş məşqçi postundan istefaya göndərib.
"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Mövsümün qalan hissəsində komandaya idman direktoru Emre Belözoğlu rəhbərlik edəcək.
Daha sonra isə bu postun Almaniya millisini AVRO-2020-dən sonra tərk edəcək Yoahim Lövə tapşırılacağı bildirilir. Bu barədə "Bild" nəşri xəbər yayıb. Löv 1998/1999 mövsümündə də "sarı-lacivərdlilər"in baş məşqçisi olub.
Qeyd edək ki, Erol Bulut "Fənərbağça"ya 5 avqust 2020-ci ildə baş məşqçi təyin olunub. Hazırda bu komanda 30 oyundan 59 xalla 3-cü pillədə qərarlaşıb və bir oyun az keçirmiş lider "Beşiktaş"dan 5 xal geri qalır.
Son xəbərlər
06:14
ABŞ ilin əvvəlindən etibarən təxminən 150 milyon barel Venesuela nefti satıb
Digər ölkələr05:44
Peruda prezident və parlament seçkilərində səsvermə başa çatıb
Digər ölkələr05:09
Xəzər dənizində zəlzələ baş verib
Hadisə04:54
Şimali Koreya qanadlı raketləri sınaqdan keçirib
Digər ölkələr04:17
Video
ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib
Digər ölkələr03:35
İran beş ərəb ölkəsindən müharibədə "ABŞ ilə əlbir olduqları üçün" təzminat tələb edib
Digər ölkələr03:11
Vens: ABŞ İrandakı məqsədlərinə çatıb
Digər ölkələr02:35
Aİ Macarıstanın yeni liderinə 35 milyard avroya çıxış üçün onlarla şərt irəli sürüb
Digər ölkələr02:08