Türkiyənin "Fənərbağça" klubu Fransa "Marsel"indən Luis Qustavonu heyətinə qatıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb. "Fənərbağça"nın bu keçid üçün qarşı tərəfə 6 milyon avro ödədiyi bildirilib.
Qeyd edək ki, Luis Qustavo karyerası ərzində Almaniyanın "Volfsburq" və "Bavariya" komandalarının da formasını geyinib.