"Fənərbağça" baş məşqçisini bu həftə istefaya göndərə bilər
Futbol
- 09 oktyabr, 2018
- 08:13
Bakı. 9 oktyabr. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Filip Kokunu bu həftə istefaya göndərəcək.
"Report" "NTV Spor"a istinadən xəbər verir ki, klub rəhbərliyi 48 yaşlı hollandiyalı mütəxəssisin meneceri Rob Yansen ilə danışıqları davam etdirir. Yansen İstanbul təmsilçisindən Koku və köməkçiləri üçün 3 milyon avro təzminat istəyib. "Fənərbağça" isə məşqçilər heyətinə komandadan ayrılmasından ötrü 1,5 milyon avro təklif edib.
Danışıqların bu həftə içində yekunlaşması gözlənilir.
Qeyd edək ki, Koku bu ilin iyun ayından komandaya rəhbərlik edir. "Fənərbağça" Türkiyə Super Liqasında 8 turdan sonra 8 xalla 15-ci pillədə qərarlaşıb. İstanbul klubu hələ də sabiq baş məşqçiləri Aykut Kocaman və Vitor Pereyranın maaşlarını ödəyir.
Son xəbərlər
08:00
Bu gündən IV Şuşa Qlobal Media Forumu başlayır
Media07:49
Çində elektromobillərin orta yaşı cəmi 1,8 il təşkil edir
Sənaye07:35
ABŞ ordusu İrana növbəti zərbələri başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr07:32
Bakı və Abşeronda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Energetika07:14
SEPAH: Aviabazanın yanacaq çənləri və silah-sursat anbarları yandırılıb
Region06:45
Meksikada yol-nəqliyyat hadisəsində azı 16 nəfər həlak olub
Digər ölkələr06:20
ABŞ-nin Bəhreyn və Küveytdəki bazaları atəşə tutulub - YENİLƏNİB
Region06:17
ABŞ-nin hücumu nəticəsində Xuzistanda ölən və yaralananlar var
Region05:33
Foto