"Fənərbağça" afrikalı hücumçu transfer etdi

"Fənərbağça" afrikalı hücumçu transfer etdi Türkiyənin "Fənərbağça" komandası növbəti transferini gerçəkləşdirib.
Futbol
1798
1 Oktyabr , 2020 17:38
Fənərbağça afrikalı hücumçu transfer etdi
Papiss Sisse

Türkiyənin "Fənərbağça" komandası növbəti futbolçu transferini gerçəkləşdirib.

"Report" xəbər verir ki, İstanbul təmsilçisi 2019/2020 mövsümünün sonunda "Alanyaspor"dan ayrılmış Papiss Sisseni heyətinə qatıb.

35 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, seneqallı forvard daha əvvəl Fransada "Mets", Almaniyada "Frayburq" və İngiltərədə "Nyukasl Yunayted" kimi klubların formasını geyinib. Son 2 mövsümü Türkiyə Super Liqasında keçirmiş afrikalı futbolçu 58 oyuna 38 qol vurub.

Son xəbərlər

Orphus sistemi