“Mançester Yunayted”in futbolçusu Çin klubuna keçir
Futbol
- 31 yanvar, 2019
- 10:22
Bakı. 31 yanvar. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Maruan Fellayni karyerasını Çində davam etdirəcək.
“Report” BBC-yə istinadən xəbər verir ki, 32 yaşlı belçikalı yarımmüdafiəçi bu ölkənin “Şandun Lunen” klubu ilə müqavilənin detallarını razılaşdırıb. Fellayninin artıq tibbi baxışdan keçdiyi və transferin yaxın zamanda açıqlanacağı bildirilir.
Asiyalılar 3 illik müqavilə bağlayacaqları yığma üzvü üçün klubuna 10 milyon funt sterlinq ödəyəcəklər.
Qeyd edək ki, Fellayni 2013-cü ilin yayında 27,5 milyon funt sterlinq qarşılığında “Everton”dan “Mançester Yunayted”ə transfer olunub. O, az oyunu vaxtı aldığı üçün 2020-ci ilin iyununa qədər müqaviləsi olduğu İngiltərə təmsilçisini tərk etmək qərarına gəlib.
Son xəbərlər
16:02
Azərbaycanda Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemi yaradılıb
Maliyyə16:02
Foto
Kamran Əliyev Qubada vətəndaşları qəbul edib
Hadisə15:57
Ukrayna Ali Radasında səfərbərlik əməkdaşlarının cəbhəyə göndərilməsi təklif edilib
Digər ölkələr15:57
Hacıqabulda 19 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb
Hadisə15:55
"Liberium": Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib
Xarici siyasət15:50
Britaniyanın yeni səfiri: Etimadnaməmi İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu
Xarici siyasət15:46
Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimlər açıqlanıb
Komanda15:41
Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb
Digər ölkələr15:38