Federasiyalar Yay Paralimpiya Oyunlarına görə narahatdır

Federasiyalar Yay Paralimpiya Oyunlarına görə narahatdır Yaponiyadakı paralimpiya idman federasiyalarının rəsmiləri və idmançıları Tokiodakı Yay Paralimpiya Oyunlarının keçirilməsindən narahat olduqlarını bildiriblər
Futbol
24 Fevral , 2021 11:54
Federasiyalar Yay Paralimpiya Oyunlarına görə narahatdır

Yaponiyadakı paralimpiya idmanı üzrə federasiyaların rəsmiləri və paralimpiyaçılar Tokio Yay Paralimpiya Oyunlarının keçirilməmə ehtimalından narahatlıqlarını bildiriblər.

"Report"un məlumatına görə, yerli NHK agentliyi federasiyalar və idmançılar arasında sorğu keçirib.

Sorğudakı iştirak edənlərin 64 faizi koronavirus səbəbindən "Tokio-2020" üçün narahat olduqlarını söyləyiblər.

Onların sözlərinə görə, Oyunlar koronavirus pandemiyasının daha asan yayılmasına səbəb ola bilər.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.

Son xəbərlər

Orphus sistemi