Terimin "Qalatasaray"da qalmaq üçün şərtləri açıqlandı

Terimin "Qalatasaray"da qalmaq üçün şərtləri açıqlandı Baş məşqçi Fatih Terimin Türkiyənin "Qalatasaray" komandasında qalması üçün şərtləri bəlli olub
Futbol
10 İyun , 2021 09:28
Terimin Qalatasarayda qalmaq üçün şərtləri açıqlandı
Fatih Terim

Baş məşqçi Fatih Terimin Türkiyənin "Qalatasaray" komandasında qalması üçün şərtləri bəlli olub.

"Report" "Fotomac"a istinadən xəbər verir ki, klubda prezident seçkilərində namizəd olan 4 funksioner 68 yaşlı mütəxəssislə yola davam ediləcəyini açıqlayıb.

Terim isə yeni rəhbərliyin hədəflərinin yüksək olmasını tələb edir. Baş məşqçi, vəzifəsində qalacağı təqdirdə, iddialı komandanın qurulmasını istəyəcək. O, yeni cinah və mərkəz müdafiəçilərinin, 6, 8 və 10 nömrə mövqeyində oynaya biləcək futbolçuların alınmasını tələb edəcək. Bunun üçün isə ən azı 50 milyon avroluq transfer büdcəsi yaradılmalıdır.

Təcrübəli mütəxəssis Sofian Fequli və Radamel Falkao kimi futbolçuların satılmasını da planlaşdırır.

Baş məşqçi Fatih Terimin də müqaviləsi başa çatıb. Onun klubdakı taleyinə prezident seçkisindən sonra aydınlıq gələcək.

Son xəbərlər

Orphus sistemi