Fatih Terim "Neftçi" ilə oyunu xatırladı

Fatih Terim "Neftçi" ilə oyunu xatırladı "Avrokuboklarda oynadığımız bütün matçlara önəm veririk".
Futbol
23 Sentyabr , 2020 20:20
Fatih Terim Neftçi ilə oyunu xatırladı
Fatih Terim

"Avrokuboklarda oynadığımız bütün matçlara önəm veririk".

"Report"un məlumatına görə, bu fikirləri Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" (Split) klubu ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, Split təmsilçisi ilə matçda meydana fərqli heyət buraxa bilər: "Bu qarşılaşma bizim üçün çox vacibdir. Ardıcıl səfərlər yorğunluğa səbəb olur. Futbolçular yaxşı istirahət etməlidirlər. Əks halda, sabah meydana "Başakşehir", "Neftçi" və "Qaziantep"lə qarşılaşmalardakından fərqli "11-lik" çıxa bilər. "Hayduk"u məğlub edib pley-offa adlayacaq, oradan isə qrup mərhələsinə vəsiqə qazanacağıq. Buna əmin ola bilərsiniz".

Qeyd edək ki, "Qalatasaray" II təsnifat mərhələsində Bakıda "Neftçi" üzərində 3:1 hesablı qələbə qazanaraq adını III raunda yazdırıb.

Son xəbərlər

Orphus sistemi