Fatih Terim "Bazel"in hücumçusunu "Qalatasaray"a gətirir

Fatih Terim "Bazel"in hücumçusunu "Qalatasaray"a gətirir Türkiyənin "Qalatasaray" klubu heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır
Futbol
28 Oktyabr , 2021 10:35
Fatih Terim Bazelin hücumçusunu Qalatasaraya gətirir
Artur Kabral

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

"Report" "Fotomac"a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim İsveçrə "Bazel"ində çıxış edən Artur Kabralı komandasında görmək istəyir.

"Sarı-qırmızılar" artıq 23 yaşlı braziliyalı hücumçunun transferi üçün işlərə start verib.

Qeyd edək ki, "Bazel" UEFA Konfrans Liqasında "Qarabağ"la birlikdə H qrupunda mübarizə aparır. Artur Kabral cari mövsüm 20 qarşılaşmada meydanda olub, 22 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi