Fatih Terim Arda Turan üçün klub rəhbərliyinə müraciət etdi

Fatih Terim Arda Turan üçün klub rəhbərliyinə müraciət etdi Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih TerimArda Turanın keçidi üçün yenidən klub rəhbərlərinə müraciət ünvanlayıb.
Futbol
771
23 İyul , 2020 11:48
Fatih Terim Arda Turan üçün klub rəhbərliyinə müraciət etdi

Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim Arda Turanın keçidi üçün yenidən klub rəhbərliyinə müraciət ünvanlayıb. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssis klub prezidenti Mustafa Cengiz, birinci vitse-prezident Abdurrahim Albayrak və digər rəsmi şəxslərlə cari mövsümdəki çıxışla bağlı fikir mübadiləsi aparıb. 

Terim 33 yaşlı yarımmüdafiəçinin İstanbul təmsilçisinə qaytarılmasını və rəhbərliyin bu mövzuya diqqət yetirməli olduğunu bildirib. 

Klub rəsmiləri məsələnin yenidən müzakirə ediləcəyini söyləyib. 

Qeyd edək ki, Arda Turanın "Barselona" ilə sözləşməsi iyunun sonunda bitib. O, 2019/2020 mövsümündə icarə əsasında "Başakşehir"də oynayıb. Bu ilin əvvəlindən isə Arda Turanla müqaviləyə xitam verilib. Futbolçu 2000 - 2011-ci illərdə "Qalatasaray"ın şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi