Terim Ardanı qaytarmaq üçün klub prezidentini razı saldı

Terim Ardanı qaytarmaq üçün klub prezidentini razı saldı Müqavilə ilə İspaniya Barselonasına məxsus olan Arda Turan karyerasını Türkiyənin Qalatasaray klubunda davam etdirəcək.
Futbol
1 May , 2020 17:35
Terim Ardanı qaytarmaq üçün klub prezidentini razı saldı

Müqavilə ilə İspaniya "Barselona"sına məxsus olan Arda Turan karyerasını Türkiyənin "Qalatasaray" klubunda davam etdirəcək. 

"Report" "Sport.es"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim 33 yaşlı yarımmüdafiəçinin komandaya keçməsi üçün klubun prezidenti Mustafa Cengizi razı salıb. 

Qeyd edək ki, Arda Turanın Kataloniya klubu ilə sözləşməsi iyunun sonunda bitir. O, 2019/2020 mövsümündə icarə əsasında "Başakşehir"də oynayıb. Bu ilin əvvəlindən isə Arda Turanla müqaviləyə xitam verilib. 

Futbolçu 2000 - 2011-ci illərdə "Qalatasaray"ın şərəfini qoruyub. 

Son xəbərlər

Orphus sistemi