Faruk Hacibegiç: "Qarşımızda aqressiv futbol təklif edən komanda var idi"

Faruk Hacibegiç: "Qarşımızda aqressiv futbol təklif edən komanda var idi" Faruk Hadcibegiç (Monteneqro milli komandasının baş məşqçisi): “Hər oyunda eksperiment aparmaq olmur. Əvvəlki oyunlarla müqayisədə bu dəfə fərqli oynadıq. Qarşımızda aqressiv futbol təklif edən komanda var idi. Yaxşı oynadığımızı deyə bilmərəm, amma nətic
Futbol
10 Oktyabr , 2020 19:57
Faruk Hacibegiç: Qarşımızda aqressiv futbol təklif edən komanda var idi

“Hər oyunda eksperiment aparmaq olmur. Əvvəlki oyunlarla müqayisədə bu dəfə fərqli oynadıq. Qarşımızda aqressiv futbol təklif edən komanda var idi".

"Report"un məlumatına görə, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç evdə Azərbaycanı 2:0 hesabı ilə yendikləri UEFA Millətlər Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

Bosniya və herseqovinalı mütəxəssis nəticədən razılıq ifadə edib: "Yaxşı oynadığımızı deyə bilmərəm, amma nəticə bizim üçün çox yaxşıdır. Meydançanın istənilən səviyyədə olmaması oyunumuza təsir etdi. Qalib gəlmək vacib idi. Sevindirici haldır ki, əvəzetmələrimiz özünü doğrultdu və lazım olan qələbə qazandıq”.

Son xəbərlər

Orphus sistemi