"Oyun hər iki komanda üçün çətin keçəcək. Çünki hər iki komanda bu arenanı tanımır, ilk dəfə meydana çıxacaq".
"Report"un məlumatına görə, bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç Azərbaycanla keçirəcəkləri UEFA Millətlər Liqasının V tur oyunundan əvvəl mətbuat konfransında deyib. 63 yaşlı mütəxəssis bildirib ki, məqsədləri qrup lideri olmaqdır.
"Monteneqro coğrafi cəhətdən Xorvatiyaya daha yaxın olsa da, bunun bizə üstünlük verəcəyini düşünmürəm. Bizə problem yaradacaq ən əsas məsələ Azərbaycan millisinin nümayiş etditəcəyi futbolun keyfiyyətidir” deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək Azərbaycan - Monteneqro matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.