Faruk Hacibegiç: "Mümkün olan ən yaxşı nəticəni qazanmaq istəyirik"

Faruk Hacibegiç: "Mümkün olan ən yaxşı nəticəni qazanmaq istəyirik" "Mənə ən uyğun görünən şəkildə öz fikrimdə qalıram: Sağlam və ən çox oyun keçirən futbolçuları dəvət etmişik".
Futbol
4 Noyabr , 2020 17:15
Faruk Hacibegiç: Mümkün olan ən yaxşı nəticəni qazanmaq istəyirik
Faruk Hacibegiç

"Mənə ən uyğun görünən şəkildə öz fikrimdə qalıram: Sağlam və ən çox oyun keçirən futbolçuları dəvət etmişik. Eyni zamanda həm yerli liqadan, həm də ölkə xaricindən çağırdıqlarım hesabına siyahını genişləndirmişəm".

"Report"un məlumatına görə, bu fikirləri Monteneqro yığmasının baş məşqçisi Faruk Hacibegiç Qazaxıstanla yoldaşlıq, Azərbaycan və Kiprlə isə UEFA Millətlər Liqasının oyunlarından öncə mətbuat konfransında deyib.

63 yaşlı mütəxəssis bildirib ki, Deni Hoçko koronavirus problemləri ucbatından komandada olmayacaq: "Ümid edirəm ki, dəvət alan Nikola Vukçeviç zədədən xilas olacaq. Qarşıdakı həftə onun sağlamlıq durumu haqqında daha ətraflı məlumat əldə edəcəyik. Əvvəlki görüşləri buraxan və zədədən qayıdan Adam Maruşiçi isə səbrsizliklə gözləyirəm. Oyunçularda birlikdə oynamaqla bağlı vərdiş yaratmaq niyyətindəyəm".

Hacibegiç qrup mərhələsindən çıxacaqlarına inandığını sözlərinə əlavə edib: "Kipr və Azərbaycandan birinin Lüksemburqu büdrədəcəyinə inanıram. Futbolçulardan matçlara eyni ciddiyətlə baxmalarını istəyirəm. Heç bir rəqibi aşağı səviyyədə görmürük, ancaq mümkün olan ən yaxşı nəticəni qazanmaq istəyirik".

Qeyd edək ki, Monteneqro noyabrın 11-də Podqoritsada Qazaxıstanla qarşılaşacaq. Komanda üç gün sonra Xorvatiyanın Zapreşiç şəhərində Azərbaycan millisinin qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Monteneqro noyabrın 17-də isə Kipri qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi