Faruk Hacibegiç: "Bu matç Azərbaycanla oyun öncəsi gözümüzü aça bilər"

Faruk Hacibegiç: "Bu matç Azərbaycanla oyun öncəsi gözümüzü aça bilər" "Bizim üçün qalib gəlmək vacibdir. Bir qələbə minlərlə müsbət məqam gətirə bilər. Bu oyun gözümüzü aça, Azərbaycan və Kiprlə matçlarda bizi nələrin gözlədiyini göstərə bilər. Ona görə də futbolçularımdan bu görüşə ciddi yanaşmağı istəyirəm".
Futbol
10 Noyabr , 2020 16:45
Faruk Hacibegiç: Bu matç Azərbaycanla oyun öncəsi gözümüzü aça bilər
Faruk Hacibegiç

"Bizim üçün qalib gəlmək vacibdir. Bir qələbə minlərlə müsbət məqam gətirə bilər. Bu oyun gözümüzü aça, Azərbaycan və Kiprlə matçlarda bizi nələrin gözlədiyini göstərə bilər. Ona görə də futbolçularımdan bu görüşə ciddi yanaşmalarını istəyirəm".

"Report"un məlumatına görə, bu fikirləri Monteneqro millisinin baş məşqçisi Faruk Hacibegiç Qazaxıstanla yoldaşlıq oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Bütün diqqətlərini UEFA Millətlər Liqasına yönəltdiklərini söyləyən 63 yaşlı mütəxəssis hazırda qrup lideri olan Lüksemburqun büdrəyəcəyinə inandığını vurğulayıb: "Hər şeydən öncə öz oyunlarımızı udmalıyıq. Bu isə asan olmayacaq. Turnir başlayanda demişdim ki, yalnız 6 qələbə bizə liderlik üçün təminat verə bilər. Nəticələr haqlı olduğumu sübut etdi. Çünki qrupda 5 qələbə kifayət etməyə bilər. Sonadək inanmalıyıq".

Qeyd edək ki, Monteneqro millisi noyabrın 11-də Podqoritsada Qazaxıstanla qarşılaşacaq. 3 gün sonra Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda Azərbaycan millisinin qonağı olacaq komanda noyabrın 17-də Kipri qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi