Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"
Futbol
- 31 avqust, 2022
- 13:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"VAR sistemi yeni tətbiq olunmağa başlayıb. Ona görə də müəyyən boşluqların olmasını anlayışla qarşılayıram".
Bunu "Report"a müsahibəsində "Qəbələ"nin prezidenti Fariz Nəcəfov "Sabah"a 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IV tur matçındakı mübahisəli penalti epizodu barədə danışarkən deyib.
44 yaşlı funksioner həmin epizodda görüntünün yaxşı olmadığını bildirib: "Ümid edək ki, tezliklə keyfiyyət artacaq və belə suallarla qarşı-qarşıya qalmayacağıq".
Qeyd edək ki, görüşün 35-ci dəqiqədə "Sabah"ın futbolçusu Abdulaye Ba əllə oynasa da, baş hakim Əliyar Ağayev VAR-da həmkarı ilə danışdıqdan sonra oyunu davam etdirib.
Fariz Nəcəfovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
Son xəbərlər
12:36
Foto
"Qarabağ"ın akademiyasında maarifləndirici seminar keçirilib
Futbol
12:33
Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql edilən qazın həcmi açıqlanıb
Energetika
12:33
Vüqar Zifəroğlu: Jurnalistikanın inkişafı istiqamətində yeni layihələr həyata keçiriləcək
Media
12:32
İlqar Həsənov: "Yerli məhsullar beynəlxalq standartlara uyğunlaşdırılır"
Biznes
12:28
Azərbaycan "BlackRock" ilə mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib
ASK
12:28
Foto
Azərbaycan sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb
Hadisə
12:27
Foto
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
Daxili siyasət
12:25
Anar Allahverdiyev: "Avropa Kubokunda mükafatçılar sırasına düşmək üçün mübarizə aparacağıq"
Fərdi
12:21
Sədr müavini: "Milli standartların çoxu beynəlxalq və regional standartlar əsasında formalaşdırılıb"
Biznes