Fariz Nəcəfov: "Klublarımızın stadionları həddən artıq bərbad vəziyyətdədir"

Fariz Nəcəfov: "Klublarımızın stadionları həddən artıq bərbad vəziyyətdədir" "Qəbələ"nin vitse-prezidenti zədələri Premyer Liqa matçlarının keçirildiyi meydanların durumu ilə əlaqələndirib
Futbol
16 Noyabr , 2016 12:54
Fariz Nəcəfov: Klublarımızın stadionları həddən artıq bərbad vəziyyətdədir

Bakı. 16 noyabr. REPORT.AZ/ "Futbol meydanlarımız həddən artıq bərbad vəziyyətdədir. Premyer Liqadakı 8 komandadan 5-nin - AZAL, "İnter", "Sumqayıt", "Zirə" və "Kəpəz"in stadionunda futbol oynamaq mümkün deyil". 

"Report"un məlumatına görə, bunu "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov AFFA Klublar Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, "qırmızı-qaralar"ın Avropa Liqasının qrup mərhələsinədək keçirdiyi 8 görüşdə bir futbolçusu zədələnmədiyi halda, çempionat başlayan kimi "İnter"lə matçda 2 oyunçusu sıradan çıxıb: "Belə halların nəzərə alınması klublar tərəfindən təklif olundu və yekdilliklə qəbul edildi. Yəqin ki, AFFA qarşısında məsələ də qaldırılacaq".

Son xəbərlər

Orphus sistemi