Famil Xəlilov: “Mərhələ keçməyi hədəfləmişik”

Famil Xəlilov: “Mərhələ keçməyi hədəfləmişik” “Səfər oyununda istəyimiz qol vurmaq idi. Mübarizliyinə görə komandanı təbrik edirəm. Sona qədər çox yaxşı mübarizə apardılar.
Futbol
2 Oktyabr , 2019 21:13
Famil Xəlilov: “Mərhələ keçməyi hədəfləmişik”

“Səfər oyununda istəyimiz qol vurmaq idi. Mübarizliyinə görə komandanı təbrik edirəm. Sona qədər çox yaxşı mübarizə apardılar".

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Famil Xəlilov Kiprdə APOEL-lə 1:1 hesablı heç-heçə etdikləri UEFA Gənclər Liqasının Çempionlar Yolunun I mərhələsinin ilk oyunundan sonra deyib. 

Gənc mütəxəssis səfərdə qol vurmalarını komandası üçün üstünlük sayıb. Lakin onun fikrincə, hələ hər şey bitməyib: "Qəbələdə daha yaxşı mübarizə aparmaq, mərhələ keçməyi hədəfləmişik. Komandamız matça bir az həyəcanlı başladı. Amma vaxt keçdikcə futbolçular uyğunlaşdı. Bir neçə qol imkanımız oldu. Lakin yararlana bilmədik”.

Qeyd edək ki, cavab görüşü oktyabrın 24-də Qəbələ şəhər stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi