“Everton”un baş məşqçisinin mənzili qarət edilib

“Everton”un baş məşqçisinin mənzili qarət edilib Naməlum şəxslər cümə günü axşam saatlarında Mersisayd qraflığında İngiltərənin "Everton" futbol klubunun baş məşqçisi Karlo Ançelottinin mənzilinə soxulublar
Futbol
13 Fevral , 2021 08:16
“Everton”un baş məşqçisinin mənzili qarət edilib
Karlo Ançelotti

Naməlum şəxslər cümə günü axşam saatlarında Mersisayd qraflığında İngiltərənin "Everton" futbol klubunun baş məşqçisi Karlo Ançelottinin mənzilinə soxulublar.

Bu barədə “Report” İtaliyanın “Football Italia” portalına istinadən xəbər verir.

Evə soxulan iki cinayətkar maskada olublar. Onları mənzildən 61 yaşlı italyan mütəxəssisinin qızı qorxudaraq qaçırıb. Polisin məlumatına görə, qarətçilər bununla belə, Ançelottinin seyfini aparıblar. Hadisə zamanı onun ailə üzvlərindən heç kim zərər çəkməyib, baş məşqçi özü isə soyğunçuluq zamanı evdə olmayıb.

Ançelotti 2013-cü ildən 2015-ci ilə qədər Madridin "Real" klubunda işləyib. Komanda onun rəhbərliyi altında İspaniya Kubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və klublararası dünya çempionatını udub. Ançelotti 2019-cu ilin dekabrından "Everton"a başçılıq edir.

Son xəbərlər

Orphus sistemi