"Everton" Ayuobini “Arsenal”dan 40 milyon funta alıb

"Everton" Ayuobini “Arsenal”dan 40 milyon funta alıb İngiltərənin Everton futbol klubunun rəsmi saytında Aleks Ayuobinin “Arsenal”dan alınması ilə bağlı rəsmi məlumat yerləşdirilib.
Futbol
9 Avqust , 2019 06:07
Everton Ayuobini “Arsenal”dan 40 milyon funta alıb

İngiltərənin "Everton" futbol klubunun rəsmi saytında Aleks Ayuobinin “Arsenal”dan alınması ilə bağlı rəsmi məlumat yerləşdirilib.

"Report" un məlumatına görə, 23 yaşlı nigeriyalı futbolçu klubla 5 illik müqavilə imzalayıb.

İngiltərə mediasının məlumatına görə, Ayuobinin transferi kluba 40 milyon funt sterlinqə (43.4 milyon avro) başa gəlib.

Aleks "Arsenal" ın yetirməsidir. Klubda 2015-2019 illər arası oynayıb. 2018/19 mövsümündə 6 qol vurub və 51 matçda 9 məhsuldar ötürmə edib. 

Son xəbərlər

Orphus sistemi