Estoniyalı futbolçunun Azərbaycan yığması ilə oyundan imtina etməsinin səbəbi bəlli olub

Estoniyalı futbolçunun Azərbaycan yığması ilə oyundan imtina etməsinin səbəbi bəlli olub Macarıstanın "Uypeşt" klubunda çıxış edən Oliver Yurgens Azərbaycan millisinə qarşı AVRO-2024-ün seçmə mərhələ oyunu üçün Estoniya komandasının düşərgəsinə qoşulmaqdan imtina edib.
Futbol
3 oktyabr 2023 12:48
Estoniyalı futbolçunun Azərbaycan yığması ilə oyundan imtina etməsinin səbəbi bəlli olub

Macarıstanın "Uypeşt" klubunda çıxış edən Oliver Yurgens Azərbaycan millisinə qarşı AVRO-2024-ün seçmə mərhələ oyunu üçün Estoniya komandasının düşərgəsinə qoşulmaqdan imtina edib.

"Report" "Sport.delfi" nəşrinə istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Tomas Heberli açıqlama verib.

O, 20 yaşlı mərkəz hücumçusunun daha əvvəl əməliyyat olunduğunu və zədəsini yeni sağaltdığını bildirib: "Oliver Yurgens sentyabrın 23-də MTK ilə görüşdə sonradan meydana daxil olub və 20 dəqiqə oynayıb. Bu, uzun fasilədən sonra ilk matçı idi. Hazır olmaması məntiqlidir. Millinin növbəti görüşlərindən əvvəl bir daha danışacağıq. Mən onunla bağlı kifayət qədər optimistəm".

Qeyd edək ki, oktyabrın 13-də Tallindəki "Le Kok Arena"da reallaşacaq Estoniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi