Ernest Coka: "Sumqayıt"a avrokubok təcrübəsi çatışmadı"

Ernest Coka: "Sumqayıt"a avrokubok təcrübəsi çatışmadı" "Biz rəqibimizi yaxşı analiz etdik və məqsədimizə çatdıq. Qalib gələrək, mərhələ adladıq".
Futbol
27 Avqust , 2020 22:13
Ernest Coka: Sumqayıta avrokubok təcrübəsi çatışmadı
Ernest Coka

"Biz rəqibimizi yaxşı analiz etdik və məqsədimizə çatdıq. Qalib gələrək, mərhələ adladıq". 

"Report"un məlumatına görə, bunu Şimali Makedoniya "Şkendiya"sının baş məşqçisi Ernest Coka "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan təmsilçisinin hücum xəttini düzgün analiz ediblər: "Məhz bu məqam qələbədə əsas rol oynadı. Rəqibimiz yaxşı komandadır, yaxşı heyəti var. 10 və 18 nömrəli futbolçuları fərqləndirərdim. Çatışmayan məqam Avropa Liqası təcrübəsidir".  

Son xəbərlər

Orphus sistemi