Ermənistanlı hakim-inspektor azərbaycanlı referilərə qiymət verəcək

Ermənistanlı hakim-inspektor azərbaycanlı referilərə qiymət verəcək Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb.
Futbol
523
31 Avqust , 2020 17:16
Ermənistanlı hakim-inspektor azərbaycanlı referilərə qiymət verəcək

Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb. 

"Report" xəbər verir ki, Həsənov 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsindəki Qazaxıstan - Monteneqro matçında baş hakim olacaq. 

FIFA referisinə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək, dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Hakim-inspektor isə ermənistanlı Gevorg Hovhannisyan olacaq. 

Qarşılaşma sentyabrın 3-də gerçəkləşəcək. 

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev isə Şimali Makedoniya və İspaniyanın U-21 komandalarının matçında iş başında olacaq. Həmin oyun da eyni gündə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi