Erlinq Holann Çempionlar Liqasında rekorda imza atdı

Erlinq Holann Çempionlar Liqasında rekorda imza atdı 21 yaşlı hücumçu turnirin tarixində ən tez 20 qola çatan oyunçu olub
Futbol
10 Mart , 2021 09:05
Erlinq Holann Çempionlar Liqasında rekorda imza atdı
Erlinq Holann

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, 21 yaşlı hücumçu turnirin tarixində ən tez 20 qola çatan oyunçu olub.

Norveçli forvard İspaniya "Sevilya"sı ilə 1/8 final mərhələsinin cavab görüşündə "dubl" edib. Beləliklə, Holann Çempionlar Liqasındakı 14 matçında 20 dəfə fərqlənib.

İngiltərənin "Tottenhem" klubunun futbolçusu Harri Keyn bu göstəriciyə çatmaq üçün 24, İtaliya "Yuventus"unun sabiq oyunçusu Alessandro Del Pyero isə 26 oyun keçirib.

Qeyd edək ki, "Borussiya" - "Sevilya" matçında qalib müəyyənləşməyib - 2:2. İlk görüşdə rəqibini 3:2 hesabı ilə üstələyən Dortmund təmsilçisi iki oyunun nəticəsində 1/4 finala vəsiqə qazanıb. Erlinq Holann "qara-sarılar"a 2019-cu ilin dekabrında Avstriya "Zaltsburq"undan transfer olub.

Son xəbərlər

Orphus sistemi