Ərəbistanlı klub prezidenti Türkiyədə dünyasını dəyişib

Ərəbistanlı klub prezidenti Türkiyədə dünyasını dəyişib Əhməd Masud ürək tutması nəticəsində vəfat edib
Futbol
1 Sentyabr , 2016 15:31
Ərəbistanlı klub prezidenti Türkiyədə dünyasını dəyişib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanın "Əl-İttihad" klubunun prezidenti Əhməd Masud vəfat edib. "Report"un məlumatına görə, Türkiyənin Kocaeli şəhərində olarkən, klub rəhbərinin otel otağında ürəyi tutub.

Səhhəti pisləşən Masoud xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bu səbəbdən, komanda toplanışı yarımçıq saxlayıb ölkəsinə qayıdacaq.

Qeyd edək ki, hadisə baş verən zaman "Əl-İttihad" klubu Kocaelidə təlim-məşq toplanışında olub.

Son xəbərlər

Orphus sistemi