Emre Belözoğlu karyerasını başa vurur

Emre Belözoğlu karyerasını başa vurur Türkiyə millisinin və Fənərbağça klubunun futbolçusu Emre Belözoğlu mövsümün sonunda karyerasını başa vuracaq.
Futbol
186
3 Aprel , 2020 12:07
Emre Belözoğlu karyerasını başa vurur

Türkiyə millisinin və "Fənərbağça" klubunun futbolçusu Emre Belözoğlu mövsümün sonunda karyerasını başa vuracaq. 

"Report"un məlumatına görə, bu barədə "Hürriyet" qəzetinə 40 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib. 

O, AVRO-2020-də iştirak etmək istədiyini, amma bu il baş tutmadığı üçün məyus olduğunu bildirib: "Avropa çempionatında oynamağı çox istədim. Amma qismət olmadı. Özümə görə nə qədər məyusamsa, hazırda zədəli olan dostlarım üçün bir o qədər sevinirəm. 2021-ci ildə hamısı oynayacaq və dünya onların sayəsində Türkiyədən danışacaq. Allah mənə xəyal etdiyim karyeranı nəsib etdi. Digər futbolçuların daha yaxşılarını yaşamasını istəyirəm". 

Qeyd edək ki, UEFA AVRO-2020-nin 2021-ci ildə keçirilməsinə qərar verib. Avropa çempionatının qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. Türkiyə - Uels, İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi