Əmrah Çəlikəl: "Almeydadan rədd cavabı almamışıq, Beqoviçin qalacağı real görünmür"

Əmrah Çəlikəl: "Almeydadan rədd cavabı almamışıq, Beqoviçin qalacağı real görünmür" Qarabağ klubla müqaviləsi başa çatan Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə danışıqları davam etdirir.
Futbol
24 Dekabr , 2019 14:01
Əmrah Çəlikəl: Almeydadan rədd cavabı almamışıq, Beqoviçin qalacağı real görünmür

"Qarabağ" klubla müqaviləsi başa çatan Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ilə danışıqları davam etdirir.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl məlumat verib. O, 30 yaşlı yarımmüdafiəçinin açıqlamasına da münasibət bildirib: "Almeydanın Qzaxıstan mətbuatındakı açıqlamasını oxudum. Amma biz ondan rədd cavabı almamışıq. Klubumuza "yox" deməyib. Danışıqlar gedir, ancaq o, hazırda azad agent statusuna malikdir. Bizimlə olan müqaviləsi başa çatıb. Yəqin ki, bizə hər hansı cavab verəcək".

Çelikəl "Qarabağ"ın qapıçısı Asmir Beqoviçin də komandada qalmaq ehtimalından söz açıb: "Beqoviçin qiymətini bilirik. Biz onu qışa kimi icarəyə götürmüşdük. Onun "Qarabağ"da qalacağı real görünmür".

Qeyd edək ki, Asmir Beqoviç müqavilə üzrə İngiltərənin "Bornmut" klubuna məxsusdur. Riçard Almeyda isə hazırda klubsuzdur. O Qazaxıstan mətbuatına müsahibəsində “Qarabağ”dan ayrılırsınız?” sualına belə cavab verib: “Elədir ki var”.

Son xəbərlər

Orphus sistemi