Emrah Çelikel: "Ölkəni "Qarabağ" adı ilə təmsil etmək mənəvi məsuliyyətdir"

Emrah Çelikel: "Ölkəni "Qarabağ" adı ilə təmsil etmək mənəvi məsuliyyətdir" "Böyük Birlik Partiyasına, təşkilatına təşəkkür edirik. Bura gəlməklə bizi qürurlandırdınız. Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir".
Futbol
5 Noyabr , 2020 16:24
Emrah Çelikel: Ölkəni Qarabağ adı ilə təmsil etmək mənəvi məsuliyyətdir

"Böyük Birlik Partiyasına, təşkilatına təşəkkür edirik. Bura gəlməklə bizi qürurlandırdınız. Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir".

"Report"un məlumatına görə, bu fikirləri "İhlas" agentliyinə açıqlamasında "Qarabağ"ın direktoru Emrah Çelikel UEFA Avropa Liqasının I qrupunun 3-cü turunun "Sivasspor"la oyunu öncəsi Türkiyə Böyük Birlik Partiyasının rəsmiləri ilə görüşü zamanı deyib.

Ağdam klubunun rəsmisi Sivasda olduqca isti və mehriban qarşılandıqlarını bildirib: "Bu duyğuları bizə yaşatdığınız üçün sizlərə təşəkkür edirəm. Əminəm ki, feyr-pley qaydaları çərçivəsində gözəl oyun olacaq".

Komandanın əsas hədəfinin idman sahəsində uğur qazanmaq olduğunu söyləyən Çelikel eyni zamanda Qarabağın Azərbaycan torpağı olduğunu bütün dünyaya göstərmək istədiklərini vurğulayıb: "Avropada Azərbaycanı "Qarabağ" adı ilə təmsil etmək bizim üçün mənəvi məsuliyyətdir. Həmçinin bu adı layiq olduğu şəkildə yaşatmağa çalışırıq. Əcnəbi futbolçularımızı torpaqlarımızın necə işğal edilməsi ilə bağlı məlumatlandırırıq. Daha əvvəl işğal tarixlərini öyrədirdik. İndi isə torpaqlarımızı azad edib, bu böyük uğurun sevincini və qürurunu yaşayırıq"

Tədbirin sonunda "Qarabağ" klubuna Türkiyə bayrağı və "Qurbani-Kərim" kitabı hədiyyə olunub.

Qeyd edək ki, bu gün "Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi