Emin Mahmudov: "Meydana yaxşı nəticə üçün çıxacağıq"

Emin Mahmudov: "Meydana yaxşı nəticə üçün çıxacağıq" "Üç gündən bir oyun keçirmək asan deyil. Sabah yaxşı nəticə üçün meydana çıxacağıq. Hazırda əsas fikrimiz məhz qarşıdakı oyundadır".
Futbol
3 Sentyabr , 2021 20:48
Emin Mahmudov: Meydana yaxşı nəticə üçün çıxacağıq
Emin Mahmudov

"Üç gündən bir oyun keçirmək asan deyil".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov səfərdə İrlandiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi meydana yaxşı nəticə üçün çıxacaqlarını bildirib: "Hazırda əsas fikrimiz məhz qarşıdakı oyundadır".

Qeyd edək ki, sentyabrın 4-də Dublindəki "Avivo" stadionunda keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi